İtaliyanın Biella şəhərindəki qocalar evlərindən birində yaşayan 104 yaşlı qadın koronavirusu məğlub etməyi bacarıb.
Yenisabah.az xəbər verir ki, Ada Zanusso adlı qadın qusma, yüksək temperatur və tənəffüs çatışmazlığı simptomları ilə 17 mart tarixində xəstəxanaya yerləşdirilib. Onun koronavirus testinin nəticəsi müsbət çıxıb.
104 yaşlı qadın müalicədən sonra qısa müddətdə sağalıb. pizza
Bildirilir ki, onun yaşadığı qocalar evində daha öncə koronavirus səbəbilə 20 ölüm faktı qeydə alınıb.
A. Zanusso 1918-1920-ci illərdə dünyanı təsiri altına alan "İspan qripi"nə də yoluxub, amma sağ qalmağı bacarıb.
Telegram kanalımız