“Onun qadınlarla mübahisə etmək kompleksi var“ -   Brilliant Namiqin cavabını verdi

saytların hazırlanması

Evə çatdırılma

“Onun qadınlarla mübahisə etmək kompleksi var“ - Brilliant Namiqin cavabını verdi

Şou

02 Yanvar 2020 13:37 1592


Xəzər TV-də yayımlanan 5/5 verilişinin bu dəfəki qonağı Xalq artisti Brilliant Dadaşova olub.

"Yeni Sabah" xəbər verir ki, Brilliant Dadaşova bir müddət əvvəl Namiq Qaraçuxurlu və Sevil-Sevinc bacıları bu verilişdə qonaq olduğu zaman telefon bağlantısı ilə verilişə qoşulmuşdu. 

Dadaşova aparıcı Zaur Kamaldan yaşını soruşan Namiq və Sevil-Sevinc Səfərova bacıları haqda "Elə qabiliyyətsiz deyiləm" sözünü söyləmişdi. Bu isə Qaraçuxurlunun xətrinə dəymiş və "Brilliant Dadaşovanın yaş kompleksi var" ifadəsini işlətmişdi. Dördpendirli pizza

B.Dadaşova məsələyə aydınlıq gətirib və Namiqdən incidiyini gizlətməyib:

"Olduğum yerdə televizor yox idi, səs-küylü yerdə idim. Kimlərin qonaq olduğunu bilmirdim. Səninlə zarafatım var. Sən gürcüstanlı, mən bakılıyam. Hər zaman məndən yaş soruşursan, sənə sataşdım. Dedim, elə qabiliyyətim yoxdur.  Namiq "kompleks" deyib. Heç bir kompleksim yoxdur. Namiqin qadınlarla mübahisə etmək kompleksi olduğunu bilmirdim".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!