“Onun tanınmış olması vəziyyəti dəyişdirmir”

saytların hazırlanması

Evə çatdırılma

“Onun tanınmış olması vəziyyəti dəyişdirmir”

Sosial

21 Noyabr 2025 13:19 1563


“Mehriban Xanlarovanı tam haqlı saymaq olar”.

Bu fikri “Yeni Sabah”a media eksperti Zeynal Məmmədli səsləndirib.

O, Əməkdar artist Mehriban Xanlarovanın mediaya və jurnalistlərə şəxsi həyatı ilə bağlı məsələləri işıqlandırmasına qadağa qoymasını şərh edib: Pepperoni pizza

“Söhbət onun hansısa rolu necə ifa etməsindən deyil, ailəsindən, özəl yaşamından gedir, axı. Onun tanınmış adam olması vəziyyəti dəyişmir, çünki vəzifəli, hətta yüksək vəzifəli məmur deyil, qərar və göstərişləri, yaşam tərzi ilə adi vətəndaşlara neqativ təsir göstərəcək şəxs deyil”.

Ekspert qeyd edib ki, publik şəxslərə eyni ölçülü yanaşmaq olmaz:

“Bu baxımdan sözügedən sənətçinin özəl yaşamı həyatımızı necə dəyişə bilər? Məncə, maqazin jurnalistikasına üz tutanlar haqqında söz açdıqları şəxsin istək və tələbləri ilə hesablaşmaq məcburiyyətindədir. 

Təkrar edirəm, Mehriban xanım tam haqlıdır və öz ailəsiylə, şəxsi həyatıyla bağlı bilgilərin yayılmasını istəmirsə, bu, onun danılmaz hüququdur”.

Xatırlatma: Aktrisa Mehriban Zeynalova  sosial media hesabındakı paylaşımda qeyd edib ki, "ailəmin və şəxsi həyatımın reytinq məqsədilə müzakirə predmetinə çevrilməsi qəbuledilməzdir və mən bu məsələnin hüquqi müstəvidə izləyicisi olacağam".

Əməkdar artist Mehriban Xanlarova artıq bununla ARB aparıcısı Yalçın Uğura qarşı məhkəmə iddiası qaldırır.

Bundan əvvəl "Azdram"a aktrisası daxili işlər naziri Vilayət Etyvazova müraciət edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!