“Onun xatirəsi qəlbimizdə həmişə yaşayacaq” – Mehriban Əliyeva

saytların hazırlanması

Evə çatdırılma

“Onun xatirəsi qəlbimizdə həmişə yaşayacaq” – Mehriban Əliyeva

Siyasət

10 May 2020 07:47 1361


Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə rəsmi İnstaqram səhifəsində paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Dünya siyasətçiləri üçün o, müdrik və uzaqgörən siyasi və dövlət xadimi, xalqımız üçün – Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi lider, doğma və yaxınları üçün – qayğıkeş, mehriban, səmimi, sevimli İnsan – dost, ata və baba idi. Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!