OPEC+ çərçivəsində gələn ildən hasilat artırılacaq

saytların hazırlanması

Evə çatdırılma

OPEC+ çərçivəsində gələn ildən hasilat artırılacaq

İqtisadiyyat

14 Oktyabr 2020 15:59 883


OPEC+ formatının iştirakçısı olan ölkələr pandemiyanın ikinci dalğasına baxmayaraq, 2021-ci ildən hasilatı artırmaq niyyətindədir.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Xatırladaq ki, mart ayının 6-da OPEC+ Nazirlər Komitəsində bazardakı vəziyyətlə bağlı qarşıdakı addımlara dair yekdil mövqe əldə olunmaması üzündən bazarda dalğalanmalar başladı, neft qiymətləri qısa müddət ərzində 30 faiz aşağı düşdü. Sonradan may ayından qüvvəyə minən yeni razılaşmaya əsasən iştirakçı ölkələr may – iyul ayları ərzində gündəlik hasilatı 9,7 milyon barel, avqust – dekabr ayları ərzində 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayının sonunadək isə 5,8 milyon barel azaltmalıdır. Bununla belə 2021-ci ilin dekabr ayında razılaşmanın şərtləri dəyişdirilə bilər. (Report) Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!