Operativ Qərargah xarici ölkələrdə olan azərbaycanlılara çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

Operativ Qərargah xarici ölkələrdə olan azərbaycanlılara çağırış etdi

Siyasət

04 Aprel 2020 20:46 984


Nazirlər Kabineti yanında Operativ Qərargah qlobal pandemiya və fövqəladə vəziyyət şəraitini nəzərə alaraq, xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını təmkin və anlayış nümayiş etdirməyə və olduqları ölkələrin karantin rejiminə ciddi şəkildə riayət etməyə, həmçinin səfərlərdən çəkinməyə çağırıb.

Yenisabah.az xəbər verir ki, Operativ Qərargah eyni zamanda xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını xüsusi zəruri hallarda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə müraciət etməyi tövsiyə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!