Oqtay Əsədovun Sulutəpədəki villası: 4 hektar ərazidə tikilib – FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Əsədovun Sulutəpədəki villası: 4 hektar ərazidə tikilib – FOTOLAR

Hadisə

28 Yanvar 2021 08:22 1824


Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun Bakının Sulutəpə qəsəbəsindəki villası ilə bağlı yeni məlumatlar yayılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli araşdırma aparıb.

C.Həsənli bildirib ki, villa kompleksdir və 3-4 hektarlıq sahədə inşa olunub: “Peyk görüntülərindən də göründüyü kimi, kompleksdə ikigünbəzli villa diqqət çəkir. Villanın sağ cinahında sabiq spikerin çay evi və basseyni yerləşir. Əsədov burada qızı və Nazim adlı qardaşı üçün də villalar tikdirib, kompleksdə özəl fitness və bilyard salonları var.  pizza hut

Ən əsası isə keçmiş spikerin Şüvəlandakı villasında olduğu kimi burada da iri tennis kortu diqqət çəkir. Hələ də tennis Federasiyasına rəhbərlik edən cənab Əsədov elə bilir ki, bu sahə onun şəxsi mülkiyyətidir və bu idman növü mütləq onun villalarının hündür hasarlarının içində olmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!