Oqtay Gülalıyev koronavirusdan sağaldı

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Gülalıyev koronavirusdan sağaldı

Hadisə

24 Noyabr 2020 01:18 1372


Hüquq müdafiəçisi Oqtay Gülalıyevin 6 gün davam edən COVİD-19 virusu ilə bağlı müalicəsindən sonra, növbəti analiz cavabları "neqativ" çıxıb.

Yenisabah.az xəbər verir ki, bunu hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev məlumat verib.

"Sabah, günün ikinci yarısında xəstəxanadan çıxarılaraq, müalicəsi ev şəraitində davam edəcəkdir", - deyə T.Gülalıyev bildirib. Toyuqlu pizza

Qeyd edək ki, noyabrın 16-da Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hüquq müdafiəçisi Oqtay Gülaliyevin ailəsinin müraciəti əsasında onun sağlamlıq vəziyyəti ilə maraqlanıb, bədən temperaturunun yüksək olması nəzərə alınaraq xəstəxanaya köçürülməsi üçün  COVID-19 testi götürüb. Testin noyabrın 17-də açıqlanan nəticəsinə əsasən Oqtay Gülalıyevdə COVİD-19 virusu aşkar edilib və daha sonra xüsusi rejimli xəstəxanaya - "Yeni Klinika" tibb müəssisəsinə yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!