Oqtay Gülalıyev Türkiyəyə göndərildi - Fotolar+Video

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Gülalıyev Türkiyəyə göndərildi - Fotolar+Video

Sosial

06 Noyabr 2019 08:16 2034


Hüquq müdafiəçisi Oqtay Gülalıyev hazırda müalicə üçün Türkiyəyə aparılır.

"Yeni Sabah"ın "Qafqazinfo"ya istinadən xəbərinə görə, O. Gülalıyevin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə onun müalicəsi İstanbulda davam etdiriləcək.

Gülalıyev təcili tibbi yardım avtomobili ilə Neyrocərrahiyyə Xəstəxanasından çıxarılaraq Heydər Əliyev adına Beynəlxalq Hava limanına çatdırılıb.  Dördpendirli pizza

O, AZAL-ın xüsusi ambulans təyyarəsi ilə aparılır. Onun səhhəti ilə bağlı təyyarənin içində xüsusi tibbi avadanlıqlar quraşdırılıb

Müayinəsi üçün Türkiyədən dəvət olunan həkim Kadir Doğruer bildirib ki, O. Güləliyev komadadır və vəziyyəti kritikdir.

Həkimlər və tibb personalı da səfər boyunca onu müşayiət edəcək və vəziyyəti nəzarət altında saxlanılacaq. Həyat yoldaşı Firuzə Gülalıyeva da onunla birgə gedib. Həkimlərin icazəsindən sonra saat 10:40-da təyyarə İstanbula yola düşüb.

Qeyd edək ki, O. Gülalıyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib.

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!