Oqtay Gülalıyevi vuran sürücü həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Gülalıyevi vuran sürücü həbs edildi

Hadisə

26 Yanvar 2021 20:26 1078


Avtomobili ilə hüquq müdafiəçisi Oqtay Gülalıyevi vuran taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev həbs edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev şəxsi feysbuk hesabında bildirib.

Onun sözlərinə görə, Kənan Abdullayevə 2 il 3 ay həbs cəzası verilib. Bundan başqa o, 3 il sürücülükdən məhrum etmə cəzasına məruz qalıb. Dördpendirli pizza

Qeyd edək ki, sözügedən hadisə 2019-cu ilin oktyabrın 29-da baş verib. Kənan Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən zaman O.Gülalıyevi vurub. Hadisədən sonra hüquq müdafiəçisinin əvvəlcə yerli, daha sonra isə Türkiyə xəstəxanasında müalicəsi aparılıb. Onun hazırda müalicəsi Bakıda davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!