Nazirlik açıqladı: Oqtay Gülalıyevin əməliyyatı necə keçib? -   Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik açıqladı: Oqtay Gülalıyevin əməliyyatı necə keçib? - Yenilənib

Sosial

30 Oktyabr 2019 12:45 1021


Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı üçüncü dəfə məlumat yayıb.

"Yeni Sabah"ın xəbərinə görə, məlumatda deyilir:

""City Hospital"dan Səhiyyə Nazirliyinə verilən məlumata görə Oqtay Gülalıyevin əməliyyatı bitib. Hələlik əməliyyat blokundadır. 20 dəqiqəyə reanimasiya şöbəsinə düşürüləcək". Dominos pizza

***

13:14

"Hüquq müdafiəçisi Oqtay Gülalıyev əməliyyata hazırlanıb, ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib".

Bu barədə "Yeni Sabah"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, Səhiyyə Nazirliyi City Hospitala Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər. Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!