Oqtay Gülalıyevin səhhəti pisləşdi

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Gülalıyevin səhhəti pisləşdi

Sosial

30 Oktyabr 2019 08:01 863


Piyada xəttindən keçərkən avtomobil tərəfindən vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti pisləşib.

“Yeni Sabah”xəbər verir ki, bu barədə onun yaxınları məlumat paylaşıb. Məlumata görə, O.Gülaliyevin beyninə qansızma daha da genişlənib, sol tərəfi işləmir, özü nəfəs ala bilmədiyi üçün süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki, qəzanı 90-PZ-543 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb. Marqarita pizza

Səhiyyə Nazirliyindən bildirilib ki, O.Gülaliyevə Kliniki Tibbi Mərkəzdə kəllə-beyinin sınığı və beyinin əziyi diaqnozu qoyulub və dünən ailənin istəyi ilə özəl klinikalardan birinə köçürülüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!