Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır – “Özü qida qəbul edir, əllərini hərəkət etdirə bilir” 

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır – “Özü qida qəbul edir, əllərini hərəkət etdirə bilir” 

Sağlamlıq

06 Yanvar 2020 12:15 1128


Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş müşahidə olunur. 

Yenisabah.az xəbər verir ki, Oqtay Gülalıyevin xanımı Füruzə Gülalıyevanın sözlərinə görə, uzun müddətdir ki, hüquq müdafiəçisinin hərarəti yüksəlmir. Böyrəklərdə kreatinin səviyyəsi normaya yaxındır. Əllərini hərəkət etdirə bilir. Bəzən hər iki gözünü açır.

İstanbulda “Amerika” klinikasında müalicə davam edir. Artıq Oqtay Gülalıyev özü qida qəbul edir, süni qidalandırma dayandırılıb: “O, ətrafda danışılanları eşidir, sadəcə, beyin hərəkətdə olmadığı üçün deyilənlərə reaksiya verə bilmir”, - deyə Füruzə Gülalıyeva bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!