Oqtay Güləliyevin vəziyyəti ağırlaşdı - Təcili klinikaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Güləliyevin vəziyyəti ağırlaşdı - Təcili klinikaya yerləşdirildi

Hadisə

19 Noyabr 2020 10:25 1046


“Atanın durumu dünən ağırlaşdıqdan sonra “Yeni Klinika”ya qaldırılıb”.

Yenisabah.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalıyev yazıb. Onun sözlərinə görə, həkimlərin Oqtay Gülalıyevin vəziyyətinin hazırda stabil olduğunu bildiriblər:

“Atamdan başqa, anam və qardaşım Təbrizin də COVID-19 test nəticəsi pozitiv çıxıb. Təbriz atanın yanında qalıb nəzarət edəcək. Dəstək və duaçı olan dostların hər birinə ayrı-ayrılıqda çox təşəkkür edirəm!”. pizza mizza

Xatırladaq ki, Oqtay Gülalıyev ötən ilin oktyabr ayında Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Uzun müddətdir ki, komadadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!