Oqtay Şirəliyevin yerinə təkrar seçki keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Şirəliyevin yerinə təkrar seçki keçiriləcək

Sosial

24 Oktyabr 2025 09:03 660


"Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. 

"Yeni Sabah" xəbər verir ki, toplantı noyabrın 25-nə təyin olunub.  

Yığıncaq cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Tbilisi prospekti, 147 ünvanında keçiriləcək. Dördpendirli pizza

Toplantının gündəliyinə "Respublika Diaqnostika Mərkəzi" ASC-yə yeni baş direktorun seçilməsi daxildir.

Qeyd edək ki, indiyə qədər "Respublika Diaqnostika Mərkəzi"nə keçmiş səhiyyə naziri, oktyabrın 3-də vəfat etmiş Oqtay Şirəliyev rəhbərlik edib.

Onun vəfatından sonra - oktyabrın 9-da ASC-nin növbədənkənar ümumi yığıncağı çağırılmışdı. Həmin toplantının gündəliyində bir məsələ vardı - baş direktorun seçilməsi. Görünür yığıncaqda seçki baş tutmayıb. Ona görə də "Respublika Diaqnostika Mərkəzi" səhmdarlarının eyni gündəliklə yeni yığıncağı çağırılıb. 

Aytac Əliyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!