Oqtay Şirəliyevin yerinə təyinat - Foto

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Şirəliyevin yerinə təyinat - Foto

Sosial

10 Oktyabr 2025 16:33 3808


Respublika Diaqnostika Mərkəzi ASC-nin yeni baş direktoru seçilib.

“Yeni Sabah” Qaynarinfo-ya istinadla xəbər verir ki, xəstəxananın baş direktoru vəzifəsinə Rəşid Şamil oğlu Vəzirov gətirilib.

Qeyd edək ki, Rəşid Vəzirov 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 22.09.2021-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyev "Respublika Diaqnostika Mərkəzi" ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib. pizza

Oqtay Şirəliyev bu ilin 3 oktyabrında 75 yaşında vəfat edib. Sabiq nazirin vəfatına görə ayın 9-da, saat 10:00-da Respublika Diaqnostika Mərkəzi ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!