Nazirlə bağlı sensasion iddia: Virus üçün ayrılan pulu villasına xərcləyib -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Nazirlə bağlı sensasion iddia: Virus üçün ayrılan pulu villasına xərcləyib - Foto

Siyasət

09 İyul 2020 10:08 1871


"Yadınızdadırsa, mart ayında koronavirus testləri ilə əlaqədar Səhiyyə nazirliyinə 38 milyon manat vəsait ayrılmışdı. Dövlət büdcəsindən isə 2020-ci il üçün 2 milyard manatdan çox vəsait ayrılıb. Bəs siz azərbaycanlılar bunu öz həyatınızda hiss edirsinizmi? Yox, əlbəttə ki, çünki sizin adı olub, özü olmayan Səhiyyə naziriniz Oqtay Şirəliyev o vəsaitləri villalarına xərcləyib”.

Yenisabah.az xəbər verir ki, bunu jurnalist Həbib Müntəzir deyib.

500 kvadrat metrlik villa Şüvəlanda yerləşir. İçərisində kiçik hovuzu və buta ornamentli qazonu var, guya millidir. Səhiyyəni məhv edən Oqtayın Qubanın Qələdüz kəndində milyonluq malikanəsi olduğu da deyilir. 15 illik nazir səhiyyəni o qədər çökdürüb ki, özü belə özünü Azərbaycan həkimlərinə etibar etmir, Almaniyanın Erlangen şəhərində müalicə alır...” – H.Müntəzir qeyd edib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!