“Orada ilan ola bilməz, ötən ay dərmanlanıb“ - DBİ-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Orada ilan ola bilməz, ötən ay dərmanlanıb“ - DBİ-dən açıqlama

Sosial

19 İyul 2019 10:32 1279


Bulvar ərazisində ilan olması ilə bağlı xəbər saytlarında yayılan video sakinlərdə qorxuya səbəb olub.

Hadisə ilə bağlı "Yeni Sabah"a açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin (DBİ) Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı həmin ərazidə ilan olmadığını deyib:

“Çünki Dənizkənarı Bulvar İdarəsinin Sanitariya-epidemioloji stansiya ilə müqaviləsi var. Mütəmadi olaraq Bulvar ərazisində ziyanverici həşəratlara, o cümlədən ilanlara qarşı dərmanlama işləri aparılır. Axırıncı dəfə dərmanlama prosesi ötən ay həyata keçirilib”. pizza

Onun sözlərinə görə idarəyə bununla bağlı şikayət daxil olmayıb:

“Bizə Bulvar ərazisində ilan olması ilə bağlı nə sakinlər, nə də ərazidəki işçilər tərəfindən bu günə qədər hər hansı bir məlumat daxil olub. O videodakı adam ilanı haradan tapıbsa, bu barədə bizdə məlumat yoxdur”.

Elnarə Ilham

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!