“Oraya çatandan sonra “öldük” - Emeri Bakı finalından danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Oraya çatandan sonra “öldük” - Emeri Bakı finalından danışdı

İdman

30 Dekabr 2019 07:33 1134


"Arsenal”ın (İngiltərə) sabiq baş məşqçisi Unay Emeri bu il Bakıda keçirilən “Çelsi”yə uduzduqları (1:4) UEFA Avropa Liqasının finalı haqda İngiltərə mətbuatına açıqlama verib.

"Yeni Sabah" xəbər verir ki, ispaniyalı mütəxəssis bildirib ki, “Çelsi”yə məğlubiyyət “Arsenal”ın İngiltərə Premyer Liqasında çıxışına da mənfi təsir göstərib: 

“Bakıda “Çelsi”yə qarşı keçirdiyimiz finalın ilk hissəsində taktiki baxımdan yaxşı oynadıq. Fikrimcə, matçda nəzarəti tam şəkildə əlimizə ala bilərdik. Premyer Liqada sahilə doğru üzsək də, oraya çatandan sonra “öldük". Sezar pizza

Qeyd edək ki, Emeri noyabrın 29-da uğursuz nəticələrə görə “Arsenal”ın baş məşqçisi postundan istefaya göndərilib. Onu həmyerlisi Mikel Arteta əvəzləyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!