Oraya özəl investisiyalar da cəlb olunmalıdır -   İqtisadçı ekspert

saytların hazırlanması

Evə çatdırılma

Oraya özəl investisiyalar da cəlb olunmalıdır - İqtisadçı ekspert

İqtisadiyyat

24 Dekabr 2020 16:12 1109


Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyəti qurumlar, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı sosial-iqtisadi konsepsiya hazırlanıb.

Yenisabah.az xəbər verir ki, iqtisadçı ekspert Elşad Məmmədov bu aktual məsələ ilə bağlı fikirlərini bölüşüb.

E.Məmmədov qeyd edib ki, işğaldan azad olunan ərazilərin inkişaf konsepsiyası həm sosial, həm də iqtisadi inkişafı təmin edəcək. Strateji planlaşdırmaya əsaslanan konsepsiya işğaldan azad edilən ərazilərlə yanaşı, bütövlükdə Azərbaycanın tarazlı inkişafına zəmin yaradacaq. Pepperoni pizza

Ekspert vurğulayıb ki, sosial-iqtisadi inkişafın təmin edilməsinə yönələn konsepsiyada zəruri məqam iqtisadi idarəetmə ilə bağlı bütün komponentlərin öz əksini tapmasıdır. Yəni, investisiya resurslarının işğaldan azad olunan ərazilərə intensiv şəkildə istiqamətlənməsi ilə yanaşı, əmək resurslarının cəmləşməsi, intellektual potensialın və real istehsal proseslərinin bölgədə proporsional şəkildə yerləşdirilməsi kimi məsələlər diqqət mərkəzində olacaq.

İqtisadçı bu tendensiyanın növbəti illərdə də davam etdiriləcəyini deyib: “Düşünürəm ki, işğaldan azad edilən ərazilərdə bütövlükdə dövlət kapital qoyuluşlarının həcmi kifayət qədər böyük rəqəmlər təşkil edəcək. Bu ərazilərin iqtisadi və sosial inkişafı üçün dövlət kapital qoyuluşlarının artımı zəruridir. Bununla yanaşı, oraya özəl investisiyalar da cəlb olunmalıdır. Özəl kapital qoyuluşlarının düzgün istiqamətləndirilməsi və iqtisadi inkişafa təkan verməsi üçün dövlətin iqtisadi idarəetmə siyasəti, şübhəsiz ki, adekvat olmalıdır”.

Bazar iqtisadiyyatı şəraitində iqtisadi fəallığın təmin edilməsi üçün özəl investisiyalara üstünlük verilməsini prioritet sayan E.Məmmədov bunun üçün pul-kredit siyasətində investisiya axınlarının artımını stimullaşdırmağın zəruriliyini diqqətə çatdırıb. (Azərtac)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!