Orban: Bu, müharibəyə doğru addımdır

saytların hazırlanması

Evə çatdırılma

Orban: Bu, müharibəyə doğru addımdır

Dünya

19 Dekabr 2025 09:42 295


Aİ sammitində Ukraynaya 90 milyard avro faizsiz kreditin verilməsinə dair qərar Avropanı müharibəyə yaxınlaşdırır.

"Yeni Sabah" euractiv-ə istinadla xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bəyan edib.

Sammitdən sonra o, jurnalistlərə deyib: "Bu, Avropanı müharibəyə yaxınlaşdıran pis qərardır". Dominos pizza

Aİ liderləri Rusiyanın aktivlərindən istifadə edərək Kiyevə kredit verilməsinə dair hələlik razılığa gəlməyiblər.

Macarıstanın baş naziri əlavə edib ki, “bu, kreditə bənzəyir, lakin təbii ki, ukraynalılar onu heç vaxt ödəyə bilməyəcəklər, ona görə də bu, mahiyyətcə pul itkisidir”.

O, xəbərdarlıq edib ki, “bu kreditin arxasında duranlar məsuliyyət və maliyyə nəticələrini daşıyacaqlar”.

"Təzminat ödəmək üçün kredit vermək dərhal müharibəyə gətirib çıxaracaq. Fikir verin: iki tərəf müharibədədir. Siz üçüncüsünüz, içəri girirsiniz, bir tərəfdən külli miqdarda pul götürür və onu düşmənə verirsiniz. Bu nə deməkdir? Bu, müharibədir", - Orban vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!