Orban: Tramp Ukraynaya dəstəyi dayandıracaq

saytların hazırlanması

Evə çatdırılma

Orban: Tramp Ukraynaya dəstəyi dayandıracaq

Dünya

08 Noyabr 2024 16:20 749


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və komandası hakimiyyətə gəldikdən sonra Ukraynaya dəstəyi dayandıracaq.

Yenisabah.az Associated Press-ə istinadla xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.

Onun sözlərinə görə, Tramp 2020-ci ildə seçkilərdə qalib gəlsəydi, Ukrayna münaqişəsinin qarşısını ala bilərdi. Marqarita pizza

Bir gün əvvəl “The Wall Street Journal” yazıb ki, Tramp və müşavirləri Ukraynadakı münaqişəyə son qoymaq üçün hələlik konkret plan hazırlamayıblar.

Seçki kampaniyası zamanı o, prezident olacağı təqdirdə Ukraynadakı münaqişəni həll edəcəyini dəfələrlə bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!