Orban Ukraynanın mümkün hücumuna qarşı ordunu hərəkətə keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Orban Ukraynanın mümkün hücumuna qarşı ordunu hərəkətə keçirdi

Dünya

25 Fevral 2026 22:23 481


Macarıstanın Baş naziri Viktor Orban Ukraynadan mümkün hücumların qarşısını almaq məqsədilə ölkənin əsas enerji obyektlərinin yaxınlığında hərbçilərin və hərbi texnikanın yerləşdirilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, o, bu barədə "Facebook" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat paylaşıb.

Baş nazirin sözlərinə görə, əlavə olaraq gücləndirilmiş polis qüvvələri elektrik stansiyaları, paylayıcı yarımstansiyalar və idarəetmə mərkəzləri ətrafında patrul xidməti həyata keçirəcək. pizza

V.Orban bildirib ki, Ukrayna ilə sərhədyanı rayonlarda pilotsuz uçuş aparatlarının uçuşuna qadağa tətbiq ediləcək. Bununla yanaşı, hökumət enerji infrastrukturunun mühafizəsini daha da gücləndirəcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!