Orbanın Şuşa səfərinə AP-dən “biabırçı” reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Orbanın Şuşa səfərinə AP-dən “biabırçı” reaksiya

Siyasət

07 İyul 2024 23:48 8523


Macarıstanın Baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının Qarabağda keçirilən sammitində iştirakı AB üçün qalmaqaldır.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Natali Luazo deyib.

"Orbanın Türk Dövlətlərinin Sammitində Şimali Kipr təmsilçisi ilə, hətta Qarabağ şəhərində iştirakı Macarıstan üçün biabırçılıq, Avropa üçün isə qalmaqaldır. Macarıstanın Baş naziri Orban Kipr problemini şübhə altına alırmı?" - o bildirib. Dominos pizza

Qeyd edək ki bundan öncə AB baş diplomatı Borrell də “narahatlığını” ifadə etmişdi. Luazonun “hətta Qarabağ şəhərində iştirakı” sözləri isə siyasi əxlaqsızlığın son həddini də aşmaqdır. Şuşa Azərbaycanın şəhəri, Qarabağ Azərbaycan ərazisidir və bu, bütün beynəlxalq təşkilatlarda hər zaman belə də tanınıb. Luazonun bunu vurğulaması AP-də hansı təfəkkür daşıyıcılarının təmsil olunduğunu göz önünə sərir. Təsadüfi deyil ki, AP vaxtaşırı olaraq Azərbaycana qarşı “qətnamələr” çıxarır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!