“Orda gözlədilər mənə söz verilsin amma...” - Aynişanın toyundan küsüb gedən Firuzə İbadova danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Orda gözlədilər mənə söz verilsin amma...” - Aynişanın toyundan küsüb gedən Firuzə İbadova danışdı

Şou

06 Fevral 2020 17:44 1629


Əməkdar artist Firuzə İbadova həmkarı Aybəniz Haşımovanın qızı Aynişanın toy məclisindən küsüb getməsi ilə bağlı xəbərə münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, müğənni axşam.az-la əlaqə saxlayaraq, saytımızda yayımlanan xəbərlə bağlı açıqlama verib. O bildirib ki, Haşımova ilə heç bir inciklikləri olmayıb:

"Onlar mənim ailəm kimidir. Aynişan da gözümün qabağında böyüyüb. Aybəniz onu necə böyüdüb bilirəm. Xoşbəxt olsun. Bizim aramızda inciklik ola bilməz. Bu söz-söhbətin nədən qaynaqlandığını bilirəm. Ola bilsin ki, orada gözlədilər mənə söz verilsin, səhnəyə çıxım, mahnı oxuyum. Olmadığı üçün belə söhbət yayıldı. Aybəniz Haşımova ilə bacı kimiyik. Bir aydır xəstəyəm, indi də səsimdən bunu hiss edirsiniz. Soyuqlamışam. Toyda da başdan ayağa kimi otura bilmədim. Başqa bir inciklik yaşanmayıb". pizza

Qeyd edək ki, F.İbadovanın başqa məclisdə olduğu üçün Haşımovanın övladının toyuna gec gəldiyi, qarşı tərəfin isə buna əsəbiləşdiyi bildirilib. Bu isə F.İbadovanın xoşuna gəlməyib. O, həmkarının iradını qəbul etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!