Ordubadda dəm qazından 4 nəfər zəhərlənib.
Yenisabah.az xəbər verir ki, hadisə Ağrı kəndində qeydə alınıb.
Dəm qazının sızması nəticəsində 1935-ci il təvəllüdlü Bağırov Salman Əli oğlu, həyat yoldaşı 1943-cü il təvəllüdlü Bədəlova Mənzər Qasım qızı, gəlinləri 1961-ci il təvəllüdlü Zeynalova Qızbəsti Əliqulu qızı və qohumları 1955-ci il təvəllüdlü Fətəliyeva Rəmziyyə Əvəz qızı zəhərləniblər. Onlar Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər. Dominos pizza
Onlardan S.Bağırov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq ölüb.
Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız