Ordumuz atəş mövqelərini tutdu - Video

saytların hazırlanması

Evə çatdırılma

Ordumuz atəş mövqelərini tutdu - Video

Siyasət

23 Sentyabr 2020 12:38 2144


Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin  döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun Raket və Artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

Yenisabah.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərin məqsədi artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkilidir. Marqarita pizza

Cəmləşmə rayonlarına çıxarılan artilleriya bölmələri döyüş atışlarını yerinə yetirmək üçün atəş mövqelərini tutublar.

Raket və artilleriya qoşunlarının müxtəlif bölmələri təlimin senarisinə uyğun olaraq ehtiyat mövqelərə yerdəyişmə etdikdən sonra döyüş atışları icra edərək şərti düşmən hədəflərini məhv edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!