Ordumuz geri çəkildi? - Ermənistan MN-in bəyanatı

saytların hazırlanması

Evə çatdırılma

Ordumuz geri çəkildi? - Ermənistan MN-in bəyanatı

Dünya

15 May 2021 08:50 87097


Zəngəzur (Sünik) və Geqarkunik vilayətlərində Azərbaycan Ordusunun 12-13 may tarixlərində sərhədləri dəqiqləşdirmək üçün atdığı addımla bağlı (Qaragölə nəzarətin bərpa olunması nəzərdə tutulur – red.) situasiyada heç bir dəyişiklik yoxdur.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib. Qeyd edilib ki, erməni tərəfi Azərbaycan hərbçilərinin əvvəlki mövqelərinə çəkilməsini heç bir ilkin şərt irəli sürmədən tələb edib.

“Məsələnin sülhlə həlli üçün 12 maydan aparılan danışıqlar sabah davam etdiriləcək”, - bəyanatda bildirilib. pizza mizza

Ermənistan MN internetdə və müxtəlif media orqanlarında Azərbaycan Ordusunun bu gün səhər irəli getdiyi haqda informasiyaları təkzib edib.

“Azərbaycan Ordusu 13 maydan etibarən nəinki irəliləməyib, əksinə, Ermənistan silahlı qüvvələrinin fəaliyyəti nəticəsində bəzi əraziləri tərk edib”, - bəyanatda qeyd edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!