Ordumuz separatçıların təxribatının qarşısını aldı - MN məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Ordumuz separatçıların təxribatının qarşısını aldı - MN məlumat yaydı

Hadisə

29 May 2023 19:20 2104


Mayın 29-u Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!