Ordumuz “Snayper hazırlığı”na start verdi  - Video

saytların hazırlanması

Evə çatdırılma

Ordumuz “Snayper hazırlığı”na start verdi - Video

Maraqlı

02 Fevral 2022 15:48 765


Cari ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Snayper hazırlığı” kursu davam edir.

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Kurs müddətində snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərini mənimsəməklə yanaşı, hərbi qulluqçuların atəş və fiziki hazırlıqlarına da xüsusi diqqət yetirilir. pizza

Praktiki məşğələlər zamanı snayperlər istənilən hava şəraitində, fərdi və cütlük şəklində hərəkət edərək müxtəlif məsafələrdə yerləşən hədəflərə atəş açma tapşırıqlarını yerinə yetirirlər.

Bundan əlavə, atəş mövqeyinin seçilərək hazırlanması, təlim-döyüş tapşırığının yerinə yetirilməsi üçün təyin olunan obyektlərə gizli yaxınlaşma, əlverişsiz vəziyyətlərdən atəş açma, aşkar edildikdə mövqeni tərk etmə və digər vərdişlər təkmilləşdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!