Ordumuz tanklardan və toplardan atəş açdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Ordumuz tanklardan və toplardan atəş açdı - Video

Sosial

06 Oktyabr 2019 08:21 894


“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi keçirilib.

"Yeni Sabah"ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimin keçirilməsində məqsəd birləşmə və hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanılması, mühafizədən müdafiəyə keçərkən uzlaşmış fəaliyyətə nail olunması, müdafiə döyüşünün aparılması zamanı döyüş düzülüşü elementlərinin fəaliyyətinin təkmilləşdirilməsi olub.

Praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr döyüş atışlarını yerinə yetiriblər. Ərazidə qəbul edilmiş qərarlar Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində kompüterlər üzərində xüsusi proqram vasitəsilə icra edilib. pizza hut

Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılan zaman bildirilib ki, qarşıya qoyulmuş tapşırıqların tam həcmdə yerinə yetirilməsində zabitlərin peşəkarlığı və ən müasir vasitələrin tətbiqi mühüm rol oynayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!