Ordumuzun döyüşə hazırlıq səviyyəsi yoxlanıldı - Zakir Həsənovdan tapşırıqlar

saytların hazırlanması

Evə çatdırılma

Ordumuzun döyüşə hazırlıq səviyyəsi yoxlanıldı - Zakir Həsənovdan tapşırıqlar

Rəsmi

04 Avqust 2021 18:19 1368


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov azad olunmuş ərazilərdə yerləşən yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış bir neçə hərbi hissədə şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayıb.

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub. Marqarita pizza

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə təltif edib.

Nazir azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!