Ordumuzun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir

saytların hazırlanması

Evə çatdırılma

Ordumuzun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir

Maraqlı

11 Fevral 2023 16:58 780


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyəyə ezam olunan Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə koordinasiyalı şəkildə hərbi həkimlərimiz növbəti 8 cərrahi əməliyyatı uğurla icra edib, zərərçəkmiş 62 nəfərə ambulator yardım göstəriblər. Sezar pizza

Ümumilikdə Azərbaycan Ordusunun təcrübəli tibb personalı tərəfindən 25 cərrahi əməliyyat icra olunub, baş vermiş zəlzələdən zərərçəkən 196 nəfər isə müayinə edilərək, onlara ambulator yardım göstərilib.

Zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi, onların tezliklə sağalaraq normal həyata qayıtması üçün hərbi tibb personalımız qardaş ölkədə yüksək peşəkarlıqla fəaliyyətini davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!