Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq, "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a Müdafiə Nazirliyi məlumat yayıb.
Mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri kurs iştirakçılarına çatdırılıb. Sezar pizza
Buraxılış mərasimində çıxış edənlər məzunlara gələcək xidmətlərində uğurlar arzulayıblar. Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə töhfə verən bu kimi kursların əhəmiyyəti xüsusi qeyd edilib.
Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Sonda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib, xatirə şəkili çəkdirilib.
Telegram kanalımız