Orduya getmək üçün 4 min nəfər qeydiyyatdan keçdi - Aralarında qızlar da var

saytların hazırlanması

Evə çatdırılma

Orduya getmək üçün 4 min nəfər qeydiyyatdan keçdi - Aralarında qızlar da var

Siyasət

16 İyul 2020 15:12 1190


“Biz hər bir halda vətəndaşlarımıza Azərbaycan Respublikasının qanunvericiliyini bu sahədə izah etmişik, çatdırmışıq ki, zərurət yarandıqda təlimatları olan hərbi vəzifəlilər çağırılaraq müxtəlif hərbi hissələrə göndərilə bilərlər”.

Yenisabah.az bildirir ki, bunu mətbuat konfransda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.

Onun sözlərinə görə, hələ də bir çox şəxslər qeydiyyata alınmamaqla bağlı fikirlər bildirirlər. Pepperoni pizza

“Bu, hərbi vəzifəlilər və yaxud digər kateqoriyada olan Azərbaycan vətəndaşlarının hamısı bizdə qeydiyyatda var. Onların təkrar qeydiyyata alınması, sadəcə, qeydiyyata alınmaqdır. Orduya getmək üçün dörd min nəfər qeydiyyatdan keçib.

Prezident İlham Əliyevin tapşırığı və çıxışından sonra bizim xidmətin yerli idarə bölmələrinə gənclərimizin axını başlayıb. Mən göstəriş verdim, onları rəsmi şəkildə qeydiyyata alınmasını həyata keçirdik”.

A.Rəhimov qeyd edib ki, cəbhəyə könüllü getmək üçün müraciət edən və qeydiyyata alınanlar arasında qızlar da var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!