Orfoqrafiya Lüğətinin hazırlanmasında süni intellektdən istifadə olunur

saytların hazırlanması

Evə çatdırılma

Orfoqrafiya Lüğətinin hazırlanmasında süni intellektdən istifadə olunur

Sosial

03 Aprel 2025 13:05 292


Türkdilli ölkələrdən ilk dəfə Azərbaycanda Orfoqrafiya Lüğətinin hazırlanmasında süni intellektin dəstəyindən istifadə olunur.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu AMEA Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli deyib.

Onun sözlərinə görə, hazırda süni intellektin köməyi ilə orfoqrafiya lüğəti üzərində sürətli iş aparır: "Bu sürətlə davam etsək, Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti bu ilin sonuna qədər nəşr olunacaq”. Marqarita pizza

N.Məmmədli hazırda 180 minlik söz bazasının yaradıldığını qeyd edib:

“Lakin bu, hələ yekun deyil. Sözlərin işlənmə tezliyinə görə saf-çürük edilməsi prosesi davam edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!