Orhan Pamuk istintaqa çağırıldı - İnanılmaz ittiham

saytların hazırlanması

Evə çatdırılma

Orhan Pamuk istintaqa çağırıldı - İnanılmaz ittiham

Mədəniyyət

09 Noyabr 2021 15:40 1565


Nobel mükafatı laureatı, türkiyəli yazıçı Orhan Pamuk istintaqa çağrılıb.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yazıçının “Vəba gecələri” adlı romanında Mustafa Kamal Atatürkü və Türk Bayrağını təhqir etdiyi iddia edilir.

İstintaqa dəvət edilən Orxan Pamuk ona qarşı yönəldilən iddiaları rədd edib, əsərində Atatürkü və Türk bayrağını təhqir etmədiyini bildirib. Toyuqlu pizza

Prokurorluq araşdırma nəticəsində əsərdə təhqir motivli heç nəyin olmamasına qərar verib. Buna baxmayaraq şikayətçi qərarla razılaşmayıb və iş Sülh Məhkəməsinə göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!