Orta məktəb təhsili 3 ilə endirilir – Yeni layihə

saytların hazırlanması

Evə çatdırılma

Orta məktəb təhsili 3 ilə endirilir – Yeni layihə

Dünya

15 Aprel 2025 16:48 14656


Türkiyədə 4+4+4 təhsil sistemi ilə bağlı dəyişikliklərin ediləcəyi ilə bağlı müzakirələr başlayıb. Orta məktəb təhsilinin 3 ilə endiriləcəyi ehtimal olunur. Yeni modellər üzərində iş aparılır və bu dəyişikliklərin məqsədi təhsil müddətini daha çevik və ehtiyaca uyğun hala gətirməkdir.

Yenisabah.az xəbər verir ki, təkliflərdən biri lisə təhsilini 3 ilə salmağı və əlavə olaraq istəyə bağlı 1 illik hazırlıq mərhələsi tətbiq etməyi nəzərdə tutur. Bu zaman şagirdlər ya birbaşa ali təhsilə keçid edə, ya da peşə təhsilinə yönələ biləcəklər.

Bəzi mütəxəssislər isə lisə mərhələsinin məcburi olmaması fikrini irəli sürür. Onların fikrincə, bu, gənclərin daha erkən yaşda iş həyatına və ya fərqli sahələrə yönəlməsinə imkan yaradacaq. pizza mizza

Türkiyə Təhsil Nazirliyindən bu istiqamətdə araşdırmaların davam etdiyi bildirilib. Hələlik rəsmi qərar verilməsə də, gələcəkdə təhsil sistemində ciddi dəyişikliklərin olacağı gözlənilir.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!