Orta pensiya məbləği 293 manat olacaq –   Nazirdən ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Orta pensiya məbləği 293 manat olacaq – Nazirdən ŞAD XƏBƏR

Sosial

19 Noyabr 2019 15:31 3921


Gələn il pensiyaların indeksasiyası nəzərdə tutulur. Belə ki, ölkəmizdə orta pensiya məbləği ciddi şəkildə artaraq, 293 manat ətrafında olmalıdır.

"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir sosial yönümlü islahatların bundan sonra da davam etdiriləcəyini və daha da genişlənəcəyini diqqətə çatdırıb. Dominos pizza

S. Babayevin sözlərinə görə, İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlir və xərcləri 128,2 milyon manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə, 30 faiz və ya 29,8 milyon manat çoxdur. 

Nazir diqqətə çatdırıb ki, 2020-ci il üçün yaşayış minimumu 190 manat, ehtiyac meyarının həddi isə 160 manat müəyyən edilib. /oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!