Orucovdan qələbə, Heydərov uduzdu - “World Masters”

saytların hazırlanması

Evə çatdırılma

Orucovdan qələbə, Heydərov uduzdu - “World Masters”

İdman

13 Dekabr 2019 07:17 904


Çinin Tsindao şəhərində cüdo üzrə "World Masters" beynəlxalq turniri davam etdirilir. 

"Yeni Sabah" xəbər verir ki, yarışın 2-ci günündə mübarizəyə iki cüdoçumuz da qatılıb. 73 kq çəki dərəcəsində çıxış edən idmançılarımızdan Rüstəm Orucov ilk görüşdə Özbəkistan idmançısı Hikmət Turayevi məğlub edib.

Digər təmsilçimiz Hidayət Heydərov isə ilk görüşdə Çin cüdoçusuna qalib gəlaə də, növbəti mərhələ Yaponiya idmançısı Masaşi Ebinumeyə məğlub olub. pizza sifarişi

Qeyd edək ki, Azərbaycan yığması turnirə 11 cüdoçu ilə qatılıb. Yarışın ilk günündə onlardan Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq) tatami üzərinə çıxıb və heç biri mükafçılar sırasına düşə bilməyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!