Orxan Lökbatanlı: “Bir də Rəşad Dağlı azadlığa çıxanda meyxana deyəcəm“ – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Orxan Lökbatanlı: “Bir də Rəşad Dağlı azadlığa çıxanda meyxana deyəcəm“ – VİDEO

Şou

04 May 2024 13:55 849


"Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə meyxana demirəm".

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı qonaq olduğu "Həmin Zaur" verilişində deyib.

Söz xiridarı artıq meyxana söyləməyəcəyini vurğulayıb. Proqramın aparıcısı Zaur Kamalın "10 min versəm, meyxana deməyəcəksən" sualına Orxan "Yox, bitdi" cavabını verib. pizza sifarişi

O daha sonra "Söz verirəm, Rəşad Dağlı azadlığa çıxanda meyxana deyəcəm" fikrini əlavə edib.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!