Orxan Səfərov ilk dəfə Avropa çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Orxan Səfərov ilk dəfə Avropa çempionu oldu

İdman

19 Noyabr 2020 21:10 2112


Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatında Orxan Səfərov ilk dəfə qitənin ən güclüsü olub.

Yenisabah.az xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarının ikiqat qızıl medalçısı, dünya və Avropa çempionatlarının mükafatçısı olmuş Orxan Səfərov Manuel Lombardodan sonra Matey Polyak, Zebastian Zaydl (Almaniya) və Straxinya Bunçiçi (Serbiya) məğlub edib. O, finalda dünya və Avropa çempionatının mükafatçısı Tal Flikerdən (İsrail) üstün olub.

Qeyd edək ki, Orxan Səfərov 2015-ci ildə Bakıda (I Avropa Oyunları) və 2016-cı ildə Kazanda qitə çempionatının finalına çıxsa da, gümüş medalla kifayətlənmişdi. Sezar pizza

İlk gündə digər beş cüdoçumuz ilk və ya ikinci qarşılaşmasında məğlub olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!