Orxan Şəfiyev işgəncəyə məruz qalıb? – DİN-dən cavab

saytların hazırlanması

Evə çatdırılma

Orxan Şəfiyev işgəncəyə məruz qalıb? – DİN-dən cavab

Kriminal

26 Avqust 2022 16:30 4121


Təqaüddə olan keçmiş polis əməkdaşı Məmişov Həmdiyə Baş Prokuror Kamran Əliyevə və Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət ünvanlayıb.

“Yeni Sabah” xəbər verir ki, o, müraciətində kürəkəni Şəfiyev Orxan Fəxrəddin oğlunun Daxili İşlər Nazirliyinin  Baş  Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq Mingəçevir şəhərində saxlanıldığını iddia edib. 

H. Məmişovun sözlərinə görə Orxan Şəfiyev əslində DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən deyil, Mingəçevir Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 2 saatdan artıq saxlanılıb, daha sonra BMCMİ-nin əməkdaşlarına təhvil verilib. pizza hut

“Bu isə açıq-aşkar göstərir ki, onun saxlanılması barədə BMCMİ tərəfindən sifariş verilib. Həmin sifariş əsasında o, Mingəçevir Rayon Polis İdarəsinə gətirilib, orada işgəncə və təzyiqlərə məruz qalıb. 

Bundan sonra isə BMCMİ-nin əməkdaşları tərəfindən avtomobili ilə birlikdə Bakı şəhərinə gətirilib”. 

Müraciət müəllifi kürəkəninin işgəncələrə məruz qaldığını deyib: Buna görə də heç vaxt istifadəçisi, daşıyıcısı və istehlakçısı olmadığı narkotik maddələri etiraf edib. Eyni zamanda kürəkənim Orxan Şəfiyevin Mingəçevir Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmasını əks etdirən videogörüntü də var”.

Onun sözlərinə görə vəkil Ramin Qocayevi də Orxan Şəfiyevlə görüşə buraxılmır: “Əsassız və qanunsuz hərəkətlər edilir. Bununla bağlı vəkil həmçinin DİN-nin 102 xidmətinə məlumat versə də, heç bir müsbət nəticəsi olmayıb. Bu hal özü-özlüyündə həm saxlanılan vətəndaşın konstitusion hüquqlarının, həm də vəkilin hüquqlarının kobud şəkildə pozulmasıdır. 

Sizdən xahiş edirəm ki, kürəkənim Şəfiyev Orxan Fəxrəddin oğlunun qanunsuz və sifariş əsasında həbs edilməsində günahı olan bütün polis əməkdaşlarının təxirəsalınmadan cinayət məsuliyyətinə cəlb edilməsini, onun avtomobil və mobil telefonunun ailə üzvlərinə geri qaytarılmasını, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanuniliyinin yoxlanılmasını, həmçinin təxirəsalınmadan kürəkənim Şəfiyev Orxan Fəxrəddin oğlunun azadlığa buraxılmasını təmin edəsiniz”.

Həmdiyə Məmimşov bildirir ki, Orxan Şəfiyevlə birlikdə həbs edilən şəxs külli miqdarda narkotik daşıma və satma ittihamı ilə saxlanılıblar. Amma onların əməlləri sonradan 234.1-ci (narkotik vasitədən istifadə) maddəsinə tövsif edilib.

“Yeni Sabah” müraciətlə bağlı DİN-in mətbuat xidmətinə sorğu ünvanlayıb. DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, iddialar tam əsassızdır:

“Şəxsi mülahizələrdir. İddialar cinayət əməlində təqsirləndirilən şəxsin müdafiəsi məqsədi daşıyır. Bu mülahizələr gözləniləndir, ancaq həqiqəti əks etdirmir. Şəxsin əməli mötəbər sübutlarla istintaq materiallarına əlavə edilib”.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!