Osimen futbol tarixinə düşdü

saytların hazırlanması

Evə çatdırılma

Osimen futbol tarixinə düşdü

İdman

22 Oktyabr 2024 15:03 1003


“Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimen futbol tarixinə düşüb.

Yenisabah.az xəbər verir ki, 25 yaşlı forvard Türkiyə Superliqasının 9-cu turunda “Antalyaspor”la qarşılaşmada "qayçı" üsulu ilə vurduğu qol zamanı 2.32 metr hündürlüyə tullanıb.

2.30 metrlik səddini ötən yeganə futbolçu Kriştiano Ronaldodur. O, “Real Madrid”də oynadığı dövrdə “Yuventus”a  qarşı oyunda "qayçı" ilə  2.38 metr hündürlükdə qol vurmuşdu. Pepperoni pizza

Viktor Osimen portuqaliyalı ulduzun rekordunu qıra bilməsə də, Ronaldodan sonra hündürlük məsafəsi baxımından ikinci pillədə qərarlaşıb. Hücumçunun qolu Türkiyədə mövsümün ən yaxşısına namizəddir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!