Oskar müfakatı almış aktyor koronavirusun plazma donoru oldu 

saytların hazırlanması

Evə çatdırılma

Oskar müfakatı almış aktyor koronavirusun plazma donoru oldu 

Dünya

30 Aprel 2020 08:01 1163


Koronavirus infeksiyasından sağalmış məşhur amerikalı aktyor Tom Henks qanında COVID-19 anticizimlərin (orqanizmə yad zülallar, bakteriyalar-red) olması barədə məlumatdan sonra plazma donoru olub.

“Report” xəbər verir ki, bu barədə aktyor özünün “Instagram”dakı səhifəsində bildirib.

Aktyor plazma paketinin olduğu şəkli sosial şəbəkədəki hesabında paylaşıb. pizza sifarişi

"Bu, ötən həftədən plazma paketidir. Belə bir paket", - Henks şəklinə rəy olaraq yazıb. Aktyorun arvadı Vilson isə həmçinin qan verdiyi şəkli də paylaşıb.

"Plazma verməzdən əvvəl anticismləri necə yoxlamalarına dair foto. Tədqiqat üçün Los-Ancelesdəki Kaliforniya Universitetindən olan doktor, pasiyentlərə COVID-19-dan sağalmağa kömək etmək üçün işləyən Anna Rimuana təşəkkür", - aktyorun arvadı şəklin altında yazıb.

Oskar mükafatı almış aktyorun və xanımı koronavirusa yoluxması martın ortalarında məlum olub. Onlar həmin vaxt Avstraliyada olublar. Cütlük xəstəxanaya yerləşdirilib, amma müalicə kursundan sonra bir neçə gün sonra evə buraxılıb.

Daha əvvəl Henksin arvadı Rita Vilson onların qanındakı ancizimlərin vaksin yaratmağa kömək edəcəyini bilmək üçün qan vermək niyyətində olduğunu bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!