Öskürəyinin fərqinə varmadı, 6 ay ömrünün qaldığını öyrəndi

saytların hazırlanması

Evə çatdırılma

Öskürəyinin fərqinə varmadı, 6 ay ömrünün qaldığını öyrəndi

Dünya

04 Yanvar 2025 17:58 881


35 yaşlı Linda Çaves adlı amerikalı 6 ay vaxt ömrünün qaldığını öyrənib. 

"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki,  qadın mütəmadi olaraq öskürürmüş və bunun bir  allergiya olduğunu düşünüb. Uzun müddət sonra həkimə müraciət edib. 

Həkimlər gənc qadına ağciyər xərçəngi diaqnozu qoyublar. Bildirilib ki, qadın xəstəliyin müalicəsinə çox gecikib. Çünki Çavesin xəstəliyi 4-cü mərhələyə çatıb. Beləliklə, indi xərçəng ağciyərlərindən başqa digər nahiyələrə də yayılıb. Xərçəng onun beyninə, sümüklərinə, o cümlədən onurğa sütununa və limfa düyünləri və böyrəküstü vəzi kimi toxumalarına qədər irəliləyib. Həkimlər qadına 6 ay ərzində ölə biləcəyini deyiblər. pizza mizza

Yaşadığı çətinlikləri sosial media hesabında izah edən qadın, "Ən kiçik ağrıdan şikayətlənirsinizsə həkimə müraciət edin", - deyib. Getdiyi xəstəxanada həkimlərin ona 3-6 ay ömrünün qaldığını söylədiyini ifadə edən Linda Çavez "Həyata qalacam" deyərək xəstəliyi ilə mübarizə aparacağını ifadə edib./unikal.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!