Oslonun mərkəzində güclü partlayış oldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Oslonun mərkəzində güclü partlayış oldu - Fotolar

Dünya

24 Sentyabr 2025 01:57 387


Norveçin paytaxtı Oslonun mərkəzində güclü partlayış baş verib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, insidentin baş verdiyi Pilestredet küçəsinə polis qüvvələri cəlb olunub, ərazi mühasirəyə alınıb.

İlkin məlumatlara görə, naməlum şəxs əl qumbarası partladıb, hüquq-mühafizə orqanları ərazidə daha bir partlayıcı qurğu aşkar ediblər. pizza mizza

"TV2" telekanalının məlumatına əsasən, hadisə ilə bağlı 13 yaşlı yeniyetmə saxlanılıb.

Hazırda ölən və ya yaralananlar barədə məlumat verilməyib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!