Oteldə baş verən yanğında 14 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Oteldə baş verən yanğında 14 nəfər öldü

Dünya

30 Aprel 2025 07:54 315


Hindistanın Qərbi Benqal ştatının paytaxtı Kəlküttə şəhərində hoteldə baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə aprelin 29-da axşam saatlarına baş verib. Ölənlər arasında xilas olmaq üçün yuxarı mərtəbələrdən tullananlar da var. Yanğınsöndürənlər bir neçə nəfəri, o cümlədən terrasa sığınanları xilas edə biliblər. Hadisə yerində 14 meyit aşkarlanıb, axtarış işləri davam edir.

İlkin ehtimala görə yanğın mətbəxdə qaz sızmasından meydana gəlib. Marqarita pizza

Qeyd edək ki, Hindistanda tikililərdə yanğın və digər texnogen fəlakətlər tez-tez baş verir. Mütəxəssislər bunun əsas səbəbini təhlükəsizlik qaydalarına əməl edilməməsində görürlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!