Ötən ay 4 nəfər sirkə turşusundan ölüb - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Ötən ay 4 nəfər sirkə turşusundan ölüb - RƏSMİ

Sosial

02 Sentyabr 2025 09:14 240


Avqust ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 94 nəfər qəbul edilib.

Yenisabah.az xəbər verir ki, xəstələrdən 30 nəfər dərmandan, 37-si sirkə turşusundan, 5-i həlledici məhluldan zəhərlənən şəxslərdir.

Həmçinin 13 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib. pizza mizza

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) ölüb.

Ölüm halları sirkə turşusu zəhərlənmələrindən qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!