Ötən ay azad olunan ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Ötən ay azad olunan ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

Rəsmi

02 Avqust 2021 18:49 963


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan Yenisabah.az-a verilən məlumata görə, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 545, tank əleyhinə 85 mina və 625 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 6 767 619 m² (677 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Toyuqlu pizza

Noyabrın 10-dan iyulun 31-dək isə piyada əleyhinə 8951, tank əleyhinə 4022 mina və 10 026 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Beləliklə, nəticədə 39 418 246 m² (3942 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!